son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

ÇL: "Sabah"ın matçı penaltilər seriyasına qədər davam etsə...

Bölmə adı Sabah
Yayımlandı 25-08-2026, 11:36

Bu axşam saat 20:45-də “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqasında "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Sport1.az xəbər verir ki, matç penaltilər seriyasına qədər davam etsə, metropolitenin iş saatı uzadılacaq.

Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Ümumilikdə xüsusilə “Gənclik” stansiyasında gücləndirilmiş rejim tətbiq ediləcək, növbətçilik cədvəli tərtib olunmaqla əlavə işçi qüvvəsi ayrılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça azarkeş marağı nəzərə alınaraq, "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlər planına uyğun olaraq sərnişinlərin təhlükəsiz və rahat daşınması təmin ediləcək.

“28 May” və “Nərimanov” stansiyalarında da gücləndirmə tədbirləri həyata keçiriləcək. Ehtiyat qatarlar xəttə buraxılması üçün hazır saxlanılacaq.

Gün ərzində qatarlar mövcud qrafik ilə hərəkəti davam etdirəcəklər.

Xatırladaq ki, Azərbaycan çempionu ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR