Bakıda keçirilən voleybol üzrə Avropa Çempionatının C qrupunda daha bir oyun baş tutub.
Sport1.az xəbər verir ki, günün ilk matçında Niderland seçməsi Portuqaliya kollektivini məğlub edib - 3:0 (25:21, 25:18, 25:23).
"Narıncılar" I turda Rumıniyanı da üstələyib - 3:2.
Günün ikinci görüşündə millimiz Rumıniyanı sınağa çəkəcək.
Matç saat 18:30-da start götürəcək.
C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.