Misli Premyer Liqasında çıxış "Sumqayıt"ın formasını geyinmiş Nsana Simon özünə yeni klub tapıb.
Sport1.az xəbər verir ki, 26 yaşlı futbolçu "Koper"lə anlaşıb.
Konqolu yarımmüdafiəçi Sloveniya təmsilçisi ilə bir illik müqavilə imzalayıb.
Xatırladaq ki, Simon bu ilin yayında "gənclik şəhəri" təmsilçisindən ayrılıb.