son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ●

AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirin qalibi müəyyənləşib - FOTO

Bölmə adı Neftçi / Foto
Yayımlandı 24-08-2026, 12:37

Gələn ilin 22-31 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk Dünya Çempionatı və festivalında Azərbaycanı təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.

Sport1.az xəbər verir ki, avqustun 21-dən 23-dək AFFA-nın təşkilatçılığı ilə üçgünlük seçim turniri keçirilib.

Yarışda ötən mövsümü ilk yeddi pillədə başa vuran klublarla yanaşı, "Turan Tovuz" və "Kəpəz" komandaları da iştirak edib.

Seçimlər AFFA-nın texniki direktoru Edmond Klausun rəhbərliyi, Məşqçilər Komitəsinin üzvləri, futbol mütəxəssisləri və Futbolun İnkişafı Departamentinin əməkdaşlarının iştirakı ilə keçirilib.

Seçim turnirinin yekunlarına əsasən "Neftçi" qalib olub. "Sabah" ikinci, "Qarabağ" isə turniri üçüncü pillədə başa vurub.

Növbəti mərhələdə digər klubların da seçim prosesinə cəlb olunması nəzərdə tutulur.

Həmin klublar 2011-ci il təvəllüdlü futbolçular üçün avqustun 28-də, 2012-ci il təvəllüdlü futbolçular üçün isə avqustun 29-da keçiriləcək seçimlərə hər yaş qrupu üzrə milli komandada oynamaq potensialına malik üç ən yaxşı futbolçunu təqdim edəcəklər.

Seçim prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları müəyyənləşdirmək və U-15 Dünya Çempionatı və festivalında Azərbaycanı layiqincə təmsil edəcək güclü milli komanda formalaşdırmaqdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR