son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır"

Bölmə adı Araz-Naxçıvan
Yayımlandı 24-08-2026, 00:13

Misli Premyer Liqasının II turu çərçivəsində "Araz-Naxçıvan" səfərdə "Neftçi"yə 0:5 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Zaur İsmayılov matç haqda fikirlərini bildirib:

"Oyunun iki tamamilə fərqli hissəsini gördük. Ardıcıl buraxdığımız qollar oyuna təsir etdi. Futbolçular bundan sonra özlərinə gələ bilmədilər. İkinci hissə tamamilə fərqli oldu, amma yenə qol buraxdıq. Lazımsız top itkiləri etdik. Komanda hələ tam formalaşmayıb. Rəqibin heyətində də keyfiyyətli futbolçular var. Bilirdik ki, çətin olacaq. Onlar imkanlarından yararlandılar və bu, komandamızı sındırdı. Buna baxmayaraq, əvvəlki mövsümlərdə olduğu kimi, bu mövsüm də məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır".

- Bu gün ciddi bir rəqiblə mübarizədə 0:5 hesabı ilə uduzdunuz. Qarşıdakı matçlarda da çempionluğa oynayan komandalara qarşı oynayacaqsınız...
- Transfer işlərimiz demək olar ki, başa çatıb, hazırkı heyətlə mübarizə aparacağıq. Qarşıda bizi çətin rəqiblər gözləyir. Komandanı maksimum səviyyədə hazırlamağa çalışacağıq. Lakin heyətin tam formalaşması üçün nə qədər vaxt lazım olacağını hələ demək çətindir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR