son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim”

Bölmə adı Neftçi
Yayımlandı 23-08-2026, 23:49

Misli Premyer Liqasının II turunda "Neftçi" "Araz-Naxçıvan"ı məğlub edib - 5:0.

Sport1.az xəbər verir ki, matçdan sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidubun mətbuat konfransı keçirilib.

- "Neftçi" digər komandalara nisbətdə təlim-məşq toplanışına daha tez başladı. Komandanın hazırda daha yaxşı oyun sərgiləməsini bu amilə bağlamaq olarmı?
- Mənə bu suala cavab vermək çətindir. Bəli, daha tez başlamışdıq təlim-məşq toplanışına. Bundan əvvəl "Sumqayıt"la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün "Araz-Naxçıvan"ın yox, "Neftçi"nin günü idi. Rəqib pis komanda deyil. Yaxşı da oynayırdılar. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik.

- İkinci hissədə 1 qol vurmağınız və qol epizodlarının boşa xərclənməsi sizi narahat etdimi?
- Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin bunu dəyərləndirə bilmədik. Emil Balayev 3 real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm.

- Son illərə baxsaq, "Neftçi"nin belə uğurlu start etdiyini görməmişdik...
- Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. "Dinamo" ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərində çox işlədiklərini sübüt etdilər. Hər biri göstərdilər ki, adları böyük hərflərlə yazılan futbolçulardır. Bizi qarşıda çətin "Zirə" matçı gözləyir. O matç da maraqlı olacaq. İlk 2 qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir. Kifayət qədər bərabər səviyyəli komandalardan təşkil olunan çempionatdır.

- Zirvədə qalmaq çətindir. "Qarabağ" və "Sabah"ın avrokuboklardakı davamlı çıxışı sizə çempionatda daha çox kömək edəcəyini nəzərə alsaq, onlara azarkeşlik edəcəksinizmi?
- Bəli, onlara dəstək olacam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına bir uğurdur.

- "Sumqayıt"la və bu gün keçirilən matçda da künc zərbələrindən fərqləndi...
- Önəmlsi də odur ki, çemoionata baxsaq, çox qollar standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən də bütün epizodları nəzərə alırıq.

- "Dinamo" (Minsk) məğlubiyyəti sizin yadınızdan çıxmır və bu gün də o məqamı xatırladınız...
- Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə də, yenə sizdən üzr istəyirəm. Çalışacam ki, bir daha sizi məyus etməyim.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR