son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ●

Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 23-08-2026, 20:26

Millinin baş məşqçisi Ayxan Abbasovla idman direktoru İlqar Qurbanovun Avropa turuna çıxması ilk baxışdan normal görünür.

Namizədləri canlı izləmək, futbolçuların formasını yerində qiymətləndirmək, onların məşqçiləri ilə ünsiyyət qurmaq peşəkar futbolun bir hissəsidir.

Amma bir sual var. Bu qədər geniş Avropa turuna həqiqətən ehtiyac var?

Əvvəl Rumıniyada Cəlal Hüseynova baxıblar. Sonra “Sabah”ın oyununa keçiblər. Ardınca Niderlandda “Qarabağ”ı, Xorvatiyada Mahir Emreli­ni, İstanbulda isə Toral Bayramovu izləyiblər. Nəriman Axundzadənin oyununa isə vaxt çatmayıb.

Burada artıq başqa sual yaranır. Futbolçu seçimi doğrudanmı bu qədər genişdir?

Söhbət yüzlərlə oyunçudan getmir. Cəlalın, Mahirin, Nərimanın, Toralın harada oynadığını, nəyə qadir olduğunu bilirik. “Qarabağ”ın, “Sabah”ın və digər klubların aparıcı futbolçularının potensialları da hamıya bəllidir.

Normalda baş məşqçi yeni oyunçu axtaranda onun oyununu izləmək üçün səfərə gedir. Yaxud bu işi skautinq komandası görür. Namizəd müəyyənləşdirilir, oyunu izlənilir, məlumat toplanır və baş məşqçiyə təqdim olunur.

Bizdə isə mənzərə bir qədər başqadır. Ayxan Abbasovla İlqar Qurbanov birlikdə Avropaya çıxıblar, bir neçə oyuna baxıblar və Bakıya qayıdıblar. Üstəlik, söhbət hamının tanıdığı futbolçulardan gedir.

Bu, skautinqdir, yoxsa iki köhnə dostun futbol bəhanəsi ilə Avropa turu? Bütün bu səfərlərin sonunda yeni futbolçu tapılacaqsa, buyursunlar. Amma nəticədə yenə məlum 20-25 futbolçunun arasından seçim ediləcəksə, gəzintilərini bizə “iş görürük” adı ilə sırımasınlar.

Hə, bu arada! Millinin skautluğunda sərhəd yoxdur. Pul AFFA-nın, iş sizin! Amma biletin də, ezamın da ayrı-ayrı qiyməti var.

Müəllif: Nurlan Abbaszadə
OXŞAR XƏBƏRLƏR