son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ●

Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”

Bölmə adı Qarabağ
Yayımlandı 23-08-2026, 20:15

“Qarabağ”ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” ilə cavab oyunu ərəfəsində Ağdam təmsilçinin mətbuat xidmətinə açıqlama verib.

Sport1.az xəbər verir ki, o, Niderlanddakı ilk qarşılaşmada əldə olunan qələbə və Bakıda baş tutacaq cavab görüşü barədə fikirlərini bildirib:

“Bir neçə gün əvvəl Niderlandda “Tvente”yə qarşı komandamız möhtəşəm oyun nümayiş etdirdi və ən əsası, Bakıya çox dəyərli qələbə ilə qayıtdıq.

“Tvente” köklü futbol ənənələri və böyük tarixi olan güclü klubdur. Niderland futbolunun Avropadakı səviyyəsi hər kəsə məlumdur. UEFA reytinqində yüksək pillələrdə qərarlaşan bir ölkəni təmsil etmək və oradan avrokuboklara vəsiqə qazanmaq heç də asan deyil. Üstəlik, “Tvente” hazırda çox yaxşı formadadır.

Enshededə stadiondakı ab-hava da xüsusi qeyd olunmalıdır. Azarkeşlər 90 dəqiqə ərzində komandalarına inanılmaz dəstək verdilər. Belə bir atmosferdə qalib gəlib ölkəmizə qayıtmaq bizim üçün çox qürurverici və sevindirici oldu.

Amma bu qələbə işimizin bitməsi demək deyil. Qarşıda Bakıdakı cavab oyunu var. İnanıram ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda bu dəfə bizim azarkeşlərimiz elə bir ab-hava yaradacaqlar ki, komandamız onların gücünü meydanda hər dəqiqə hiss edəcək. Bütün azarkeşlərimizi həmin gün stadionda gözləyirik. Bu yolu birlikdə davam etdirməliyik.

Avqustun 25-də isə “Sabah”ın çox vacib avrokubok oyunu var. “Sabah” güclü və oturuşmuş heyət formalaşdırıb, son Azərbaycan çempionudur və avrokuboklarda da ölkəmizi layiqincə təmsil edir. Qarşıdakı rəqib çox güclüdür və məhz belə oyunlarda azarkeş dəstəyi xüsusi rol oynayır. İnanıram ki, dolu stadionun yaratdığı ab-hava Azərbaycanımızın təmsilçisinə əlavə güc verəcək. Həmin gün klub fərqi qoymadan hamımız “Sabah”ın yanında olmalıyıq.

Ürəkdən arzu edirəm ki, azarkeşlərimiz həm avqustun 25-də, həm də 27-də Tofiq Bəhramov stadionunu tam doldursunlar. Qoy bu iki gecə Azərbaycan futbolunun bayramına çevrilsin. İnşallah, Azərbaycanımız iki gün ardıcıl böyük sevinc yaşasın və hər iki klubumuz avrokubokların Liqa mərhələsinə vəsiqə qazansın”.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR