son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

“Kəpəz” I Liqa klubunu məğlub edib

Bölmə adı Kəpəz
Yayımlandı 23-08-2026, 19:42

Misli Premyer Liqasının II turunda “Qarabağ”la qarşılaşması təxirə salınan “Kəpəz” yaranan fasilədən istifadə edərək yoxlama oyunu keçirib.

Sport1.az xəbər verir ki, “sarı-göylər” öz məşq bazasında “Gəncəbasar” kollektivi ilə üz-üzə gəlib. Saat 17:30-da start götürən qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Çempionatın açılış turunda səfərdə “Sabah”a 0:2 hesabı ilə məğlub olan “Kəpəz” növbəti rəsmi matçını avqustun 28-də, III tur çərçivəsində öz meydanında “Turan Tovuz”a qarşı keçirəcək.

I Liqa təmsilçisi “Gəncəbasar” isə yeni mövsümdə ilk rəsmi oyununa sentyabrın 3-də çıxacaq. Komanda I turun açılış matçında səfərdə “Şimal FK” ilə qüvvəsini sınayacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR