son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Güləşçimiz Dünya Çempionatının finalında

Bölmə adı Güləş
Yayımlandı 22-08-2026, 20:33

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə U-20 Dünya Çempionatı sona yaxınlaşır.

Sport1.az xəbər verir ki, yeddinci yarış günündə 70, 74, 97 və 125 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Hacı Kərimov (70 kq) debütdə hindistanlı Sumit Baraskara 5:1, daha sonra isə Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabıyla qalib gəlib. 1/4 finalda ermənistanlı Davit Davtyanı tam üstünlüklə (12:0) xalçadan məyus yola salan Kərimov yarımfinalda misirli Mohamed Ahmeddən güclü olub – 9:2. Hacı sabah finalda iranlı Sina Mehdi Xəliliylə qarşılaşacaq.

İsmayıl Rəhimli (74 kq) təsnifat mərhələsində özbəkistanlı Fərruxbəy Jumanazarova 2:4 hesabıyla məğlub olub.

Fərhad Süleymanlı (97 kq) macarıstanlı Robert Erdelyini (11:0) vaxtından əvvəl mübarizədən kənarlaşdırsa da, 1/4 finalda belaruslu Azamat Tsarikayevə 8:19 hesabıyla uduzub.

Yusif Dursunov (125 kq) yaponiyalı Hosey Fucitaya tam üstünlüklə (11:1), hindistanlı Ronak Ronaka isə 3:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında amerikalı Dreshaun Rossa 1:4 hesabıyla məğlub olan Yusif sabah bürünc medal uğrunda güləşəcək.

Müəllif: Cahan