Bakıda qadın voleybolçular arasında keçirilən Avropa Çempionatının C qrupunda bu gün növbəti matçlar baş tutacaq.
Sport1.az xəbər verir ki, saat 15:30-da Belçika və İspaniya seçmələri qarşılaşacaqlar.
Sonra Rumıniya və Niderland komandaları saat 18:30-da üz-üzə gələcəklər.
C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında keçiriləcək.
Açılış matçında Azərbaycan millisi Portuqaliya yığmasını məğlub edib - 3:1.