son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ●

U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq

Bölmə adı Güləş
Yayımlandı 22-08-2026, 12:14

Slovakiyada güləş üzrə U-20 Dünya Çempionatı keçirilir.

Sport1.az xəbər verir ki, sərbəst güləş üzrə altı idmançımız bu gün müxtəlif çəki dərəcələrində xalça üzərinə çıxacaq.

Bəşir Verdiyev (65 kq) təsəlliverici görüşdə Yeraly Askerbeklə (Qazaxıstan), Elcan İsmayılzadə (79 kq) Yasin Uzunla (Türkiyə) qarşılaşacaq.

Təsnifat mərhələsində Hacı Kərimov (70 kq) Sumit Kumar Laxman Baraskar (Hindistan), İsmayıl Rəhimli (74 kq) Farruxbek Jumanazarovla (Özbəkistan) üz-üzə gələcək.

1/8 finalda Fərhad Süleymanlı (97 kq) Robert Balint Erdelyi (Macarıstan), Yusif Dursunov (125 kq) Hosei Fujita (Yaponiya) ilə mübarizə aparacaq.

Bratislavada keçirilən turnir avqustun 23-dək davam edəcək.

Azərbaycan güləşçiləri Dünya Çempionatında indiyə qədər yeddi medal qazanıblar. Bunlardan biri qızıl, üçü gümüş, üçü bürüncdür.

Yunan-Roma güləşində Ayxan Cavadov (60 kq) dünya çempionu olub, Cavidan Nehmətov (77 kq) gümüş medal qazanıb.

Emin Cavadlı (55 kq), Tural Əhmədov (63 kq) və Elmin Əliyev (82 kq) isə bürünc mükafata sahib çıxıblar.

Qadın güləşində Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) gümüş medal əldə ediblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR