son dəqiqə SON DƏQİQƏ
"Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ●

Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq"

Bölmə adı Voleybol / Video
Yayımlandı 22-08-2026, 10:43

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Bakıda keçirilən Avropa Çempionatının C qrupunda Portuqaliya ilə qarşılaşıb.

Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadan sonra voleybolçu Sport1.az-ın suallarını cavablandırıb:

Portuqaliya üzərində qələbəni necə dəyərləndirirsiniz?

- Doğma azarkeşlərimiz önündə oynayırdıq. Həyəcan var idi. Evdə oynamaq bir qədər həyəcanlıdır. Burada azarkeşlərimizə çox “sağ ol” bildirmək istəyirəm, hamısı gəldi, hamısı dəstəklədi. 3:1 qazandıq, əsas qazanmaq idi. Çox səhvlər etdik, boynumuza alırıq. Gələn oyunlarda daha az səhvlə oynamalıyıq.

Növbəti oyununuz İspaniyaya qarşı olacaq. Nə gözləyirsiniz?

- Düşünürəm ki, var gücümüzlə, daha az səhvlə oynasaq, məncə, yaxşı olar.

Portuqaliya qrupun ən zəif komandası sayılır. Bu rəqiblə oyunda xeyli çətinlik çəkirsinizsə, daha güclü rəqiblərlə oyunlarda nəyə ümid edirsiniz?

- Dediyim kimi, həyəcan var idi. Oyunçularımızın müəyyən mövqe dəyişiklikləri oldu - bilmirəm fikir verdiniz, ya yox. Mövqe dəyişiklikləri oldu, oyunçular özlərini yeni mövqelərdə rahat hiss etmirdilər. Amma düşünürəm ki, önəmli olan qələbə idi.

Qarşıdakı oyunlarda nəticələr necə olacaq?

- Yaxşı olacaq.

​Qrupdan çıxmaq hədəfi yenə qüvvədədir?

- Məqsəd budur.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR