son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Güləşçilərimiz dünya ikincisi oldular

Bölmə adı Güləş
Yayımlandı 21-08-2026, 21:20

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 Dünya Çempionatı davam edir.

Sport1.az xəbər verir ki, altıncı yarış günündə qadın güləşində 57, 59 və 68 kq-da, sərbəst güləşdə isə 61 və 86 kq-da medalçılar müəyyənləşib.

Günay Qurbanova (57 kq) finalda yaponiyalı Konami Onoyla qarşılaşıb. İlk hissəni öndə başa vuran həmyerlimiz fasilədən sonra rəqibin hücumlarının qarşısını ala bilməyib – 6:16. Belədə Günay dünya ikincisi olub.

Ruzanna Məmmədova (59 kq) da həlledici görüşdə Yaponiya təmsilçisiylə üz-üzə gəlib. Sae Noquçiylə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Yekunda rəqibinə 1:3 hesabıyla məğlub olan Ruzanna gümüş medalı boynundan asıb.

Camal Abbasov (61 kq) isə təsəlliverici görüşdə iranlı Ənvər Fərhad Xatəriyə uduzub – 5:11.

Müəllif: Cahan