son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib

Bölmə adı Voleybol
Yayımlandı 21-08-2026, 20:17

Avqustun 21-də Azərbaycanın da ev sahibliyi etdiyi qadın voleybolçular arasında 34-cü Avropa Çempionatının açılış mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbir bədii proqramla başlayıb.

Əvvəlcə çempionata həsr olunan 10 dəqiqəlik videoçarx nümayiş etdirilib. Videoda yarışın topunun Bakıdan yola düşərək iştirakçı ölkələri simvolik şəkildə birləşdirməsi və yenidən ev sahibi şəhərə qayıtması əks olunub.

Videoçarxın sonunda real topun meydana daxil olması ilə bədii proqram davam edib. Topu repçi Clavis götürərək Azərbaycan dilində “Çempionlar” mahnısını ifa edib.

Daha sonra meydanda “3D mapping” vasitəsilə müxtəlif görüntülər nümayiş olunub. Bədii proqram pianoçuların iştirakçı ölkələrin məşhur musiqilərindən seçilmiş parçaları ifa etməsi ilə davam edib. Musiqi bölümü Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

Sonda “3D mapping” kompozisiyası vasitəsilə meydanın mərkəzində çempionatın rəsmi loqosu formalaşdırılıb və açılış mərasiminə yekun vurulub.

Daha sonra Bakıda keçirilən Avropa çempionatında C qrupunun ilk oyunu başlayıb.

Qeyd edək ki, C qrupunda növbəti oyunlar avqustun 22-də keçiriləcək. Milli Gimnastika Arenasında Belçika – İspaniya və Rumıniya – Niderland qarşılaşmaları baş tutacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR