son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

Bölmə adı Taekvondo
Yayımlandı 21-08-2026, 17:57

Qazaxıstanın Aktau şəhərində "Jas Batyr Kuboku" turniri keçirilib.

Sport1.az xəbər verir ki, Azərbaycan taekvondoçuları yarışda ümumilikdə 18 medal qazanıblar (7 qızıl, 3 gümüş, 8 bürünc).

"Altay" taekvondo klubunun üzvlərindən Taryel Budaqlı (34 kq, uşaqlar), Fatimə Abdullazadə (+59 kq, yeniyetmələr) və Yusif Zeynallı (65 kq, yeniyetmələr) qızıl medal qazanıblar. Budaqlı, həmçinin çempionluq kəmərinə sahib olub. Zeyd Vəliyev (30 kq), Atilla Sultanlı (38 kq) və Fateh Bayramov (49 kq) gümüş, Vidadi Məmmədli (33 kq) və Nihad Məmmədli (57 kq) isə bürünc medala layiq görülüblər.

"Alpman" klubunun heyətində Süleyman Əhmədov (30 kq), Qənbərli Nihat (32 kq) və İbrahim Yusufov (37 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xalidə Həmzəyeva (41 kq), Esmanur Tapdıqova (37 kq), Orxan Ağazadə (55 kq) və Camal Əbdülmanafov (73 kq) isə bürünc medal əldə ediblər.

"Asiman" klubunun təmsilçisi Nihad İsmayılov (36 kq) qızıl medal qazanıb. Sevil Mahmudova (55 kq) və Mələk Əlimuradova (55 kq) isə bürünc medalla kifayətləniblər.

Turnirdən sonra üç klubun nümayəndələri Aktau şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak ediblər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR