son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan Çempionatı keçirilib

Bölmə adı Digər
Yayımlandı 21-08-2026, 17:33

Yardımlı Olimpiya İdman Kompleksində akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə 10-cu Azərbaycan Çempionatı keçirilib.

Sport1.az xəbər verir ki, akrobatika gimnastikası üzrə yarış proqramına uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında müxtəlif kompozisiyalar - balans, temp və qarışıq hərəkətlər daxil olub.

Yarışın ilk günündə akrobatika gimnastikası üzrə balans və temp hərəkətləri, ikinci günündə isə qarışıq hərəkətlər üzrə çıxışlar keçirilib.

Uşaqlar arasında qadın cütlüyü proqramında BGM 3 komandası (Əhmədova İlahə və Qurbanova Fidan) qızıl medal qazanıb.

BGM 1 komandası (Məmmədli Mədinə və Məmmədova Melisa) gümüş, Neftçi 3 komandası (Bağırzadə Mədinə və İsazadə Dafnə) isə bürünc medala layiq görülüb.

Yeniyetmələr arasında qadın qrupu proqramında birinci yeri BGM 4 komandası (Hacılı Ayan, Məmmədova Aylin və Qasımzadə Firuzə) tutub.

BGM 3 komandası (Əlicanova Aişə, Xəlilzadə Canan və Ağaverdiyeva Zəhra) gümüş, BGM 1 komandası (Əliyeva Əzizə, Həsənova Nazrin və Tasoyeva Kamilla) bürünc medal qazanıb.

Çempionat çərçivəsində aerobika gimnastikası üzrə də maraqlı mübarizə baş tutub. Müxtəlif proqramlar üzrə - fərdi çıxışlar, üçlüklər, qarışıq cütlük və qruplar arasında yarışlar keçirilib.

Gənclər arasında fərdi qadınlar proqramında Ağayeva Ayan qızıl medala sahib olub. İbrahimova Fidan gümüş, Mustafayeva Əminə isə bürünc medal qazanıb.

Mükafatlandırma mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qalibləri medal və diplomla təltif edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR