Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Fuad Ağayev beynəlxalq təyinat alıb.
Sport1.az xəbər verir ki, referi qadın voleybolçuların Avropa Çempionatının A qrupunun oyunlarında iştirak edəcək.
Ağayev avqustun 21-dən 28-dək İstanbulda baş tutacaq bu qrupun qarşılaşmalarında həm əsas hakim, həm də ikinci hakim kimi meydana çıxacaq.