Slovakiyada güləş üzrə U-20 Dünya Çempionatı keçirilir.
Sport1.az xəbər verir ki, Azərbaycanın 2 qadın güləşçisi finala vəsiqə qazanıb.
Günay Qurbanova (57 kq) və Ruzanna Məmmədova (59 kq) bu gün çempionluq görüşlərinə çıxacaqlar.
Final duelləri Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.