son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Azərbaycanın qadın güləşçiləri U-20 Dünya Çempionatının yarımfinalında

Bölmə adı Güləş
Yayımlandı 20-08-2026, 17:50

Azərbaycanın iki qadın güləşçisi U-20 Dünya Çempionatında yarımfinala yüksəlib.

Sport1.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Günay Qurbanova macarıstanlı Liliana Kapuvarini (12:1), özbəkistanlı Ulbiye Karılıbayeva (11:1) və kanadalı Aqniya Krakovskayanı (tuş) məğlub edərək adını yarımfinala yazdırıb. O, finala gedən yolda hindistanlı Tanvi Gundeş Maqdumla qarşılaşacaq.

59 kq çəkidə çıxış edən U-20 Avropa çempionatının 3 qat qalibi Ruzanna Məmmədova isə ispaniyalı Roza Molina Rodriqesi (10:0) və hindistanlı Komal Komalı (14:2) məğlub edərək yarımfinala yüksəlib. Onun növbəti rəqibi Macarıstan təmsilçisi Eda Balaş olacaq.

Sərbəst güləşdə 61 kq çəkidə mübarizə aparan Camal Abbasov moldovalı Marçel Andronakeni və monqolustanlı Dulquun Enxbaatarı 10:0 hesabı ilə məğlub etsə də, 1/4 finalda amerikalı Aaron Ceyms Zaydelə 2:13 hesabı ilə uduzub.

86 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abbaszadə isə bolqarıstanlı Alan Tigiyevi tuşla məğlub edib. O, 1/4 finalda türkmənistanlı Alp Arslan Begenjova 1:14 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Müəllif: Sport1.az