Gənclər arasında Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyənin taekvondo milliləri Ankarada təlim-məşq toplanışında iştirak edirlər.
Sport1.az xəbər verir ki, Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) yığmanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyənin olimpiya komandası ilə birgə məşqlərə qatılaraq Dakar-2026-ya hazırlıq keçir.
Məşqlər avqustun 26-dək davam edəcək.