Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda ustad dərsləri keçib.
Sport1.az xəbər verir ki, qurum rəsmisi uşaqlara çempionluq təcrübəsindən danışıb, debüt hazırlığı və turnir psixologiyası mövzularında biliklərini bölüşüb.
İlahə Qədimova bu layihələrin gələcək çempionların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.