son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

“Azerbaijan Junior Open 2026” beynəlxalq turnirinə yekun vurulub

Bölmə adı Digər
Yayımlandı 16-08-2026, 19:40

Ölkəmizdə ilk dəfə badminton üzrə “Junior International Series” kateqoriyasında keçirilən “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri başa çatıb.

Sport1.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Hindistan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İran, Özbəkistan, Gürcüstan və Tacikistanı təmsil edən ümumilikdə 64 yeniyetmə və gənc badmintonçunun iştirak etdiyi yarışda 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Azərbaycan badmintonçuları turniri uğurlu nəticələrlə başa vurublar.

Kişilərin qoşa yarışında Ülvi Hüseynov – Əmirxan İmanov tandemi finalda ABŞ təmsilçilərinə 2:0 (21:16, 23:21) hesabı ilə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qadınların qoşa yarışında Leyla Camalzadə – Yağmur Quliyeva tandemi, kişilərin şəxsi yarışında isə Ülvi Hüseynov final mərhələsini ikinci pillədə başa vuraraq gümüş medala layiq görülüb.

Qarışıq qoşa yarışında Əmirxan İmanov – Yağmur Quliyeva tandemi bürünc medal qazanıb.

Turnirin ümumi mükafat fondu 5 000 ABŞ dolları (8 500 manat) təşkil edib.

Dünya Badminton Federasiyasının (BWF) rəsmi təqvim planına daxil olan “Azerbaijan Junior Open 2026” turnirinin keçirilməsində əsas məqsəd yeniyetmə və gənc badmintonçularımızın beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və milli komandada rəqabət mühitinin daha da gücləndirilməsidir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR