son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

62 mütəxəssis Bakıda serfikat aldı

Bölmə adı Cüdo
Yayımlandı 16-08-2026, 14:56

Bakıda Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci proqramının iştirakçılarına sertifikatların təqdimolunma mərasimi keçirilib.

Sport1.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin direktoru Ceyhun Rəhmanov, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov və IJF Akademiyasının rəhbərliyi iştirak ediblər.

Rəşad Rəsullu proqramın Azərbaycanda təşkilinə göstərilən dəstəyə görə IJF prezidenti Marius Vizerə, Akademiyanın rəhbərliyinə, yerli tərəfdaşlara və ekspertlərə təşəkkürünü bildirib. O, məşqçi hazırlığı və təhsil proqramlarının ACF-nin inkişaf strategiyasının əsas istiqamətlərindən olduğunu vurğulayıb.

Elnur Məmmədov və Ceyhun Rəhmanov çıxışlarında beynəlxalq təhsil proqramlarının peşəkar məşqçilərin hazırlanmasındakı roluna toxunublar. Bildirilib ki, bu cür layihələr yerli mütəxəssislərin bilik və təcrübəsinin artırılmasına, həmçinin cüdoda müasir yanaşmaların tətbiqinə töhfə verir.

Tədbirin sonunda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqram Azərbaycanda altıncı dəfə təşkil edilib. Təlimlərə Azərbaycan, Hindistan, Tacikistan, Cibuti, Niderland, Finlandiya, ABŞ və Rusiyadan ümumilikdə 62 nəfər qatılıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR