son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

"Meydan və azarkeş amili bizə çox kömək olacaq"

Bölmə adı Voleybol
Yayımlandı 15-08-2026, 17:33

Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova voleybol üzrə Avropa Çempionatına hazırlıq prosesi və qarşıdakı yarışla bağlı fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, təcrübəli voleybolçu hazırlığın sıx qrafiklə davam etdiyini bildirib:

“Avropa Çempionatının başlanmasına bir neçə gün qalsa da, məşqlərimiz sıx qrafiklə davam edir. Bir neçə yoxlama oyunumuz oldu. Bu görüşlərdə komandadakı çatışmazlıqları müəyyənləşdirdik, səhvlərimizi gördük. Onları aradan qaldırmaq üçün məşqlərdə maksimum çalışırıq, məşqçilərin taktiki və texniki tapşırıqlarını oyunumuzda tətbiq edirik”.

Kapitan doğma meydan amilinin komandaya əlavə motivasiya verəcəyini vurğulayıb:

“Öz evimizdə, doğma azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə motivasiya verəcək. Əlbəttə, evdə oynamağın məsuliyyəti də böyükdür. Lakin meydan və azarkeş amili bizə çox kömək olacaq. Əvvəl də dediyimiz kimi, əsas məqsədimiz qrupda layiqli oyun nümayiş etdirmək və növbəti mərhələyə yüksəlməkdir. Biz oyunçular da bunun üçün əlimizdən gələni edəcəyik”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR