son dəqiqə SON DƏQİQƏ
Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ●

Azərbaycan Dünya Seriyasına ev sahibliyi edəcək

Bölmə adı Güləş
Yayımlandı 13-08-2026, 18:42

27-29 avqust tarixlərində Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U17 Dünya Çempionatı və Dünya Seriyasının IV mərhələsi keçiriləcək.

Sport1.az xəbər verir ki, hər iki yarış “Sea Breeze” istirahət mərkəzində təşkil olunacaq.

Avqustun 27-də keçiriləcək U17 Dünya Çempionatında 34 ölkədən 150-yə yaxın yeniyetmə güləşçi medallar uğrunda mübarizə aparacaq. Oğlanlar 60, 70, 80 və 90 kq, qızlar isə 45, 55, 65 və 75 kq çəki dərəcələrində çıxış edəcəklər.

Avqustun 28-29-da isə böyüklər arasında çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsi baş tutacaq. Bu yarışda 60-dan çox idmançı qüvvəsini sınayacaq. Kişilər 70, 80, 90 və 90+ kq, qadınlar isə 50, 60, 70 və 70+ kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Beləliklə, ümumilikdə 34 ölkədən 200-dən çox idmançı Xəzər dənizinin sahilində keçiriləcək yarışlarda qalib olmaq üçün mübarizə aparacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR