son dəqiqə SON DƏQİQƏ
“Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzur, "Sabah" "Neftçi" ilə qarşılaşır ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ● Azərbaycan Basketbol Liqası: "Sumqayıt" "Naxçıvan"a qarşı ● ABŞ-dən olan basketbolçu NTD-də ● Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ●

"Media Kuboku-2026" turnirinin qalibi müəyyənləşdi - FOTOLAR

Bölmə adı Digər
Yayımlandı 20-07-2026, 09:59

Azərbaycan Milli Mətbuat günü ərəfəsində Qusarda jurnalistlər arasında təşkil olunan minifutbol turnirinə yekun vurulub.

Sport1.az xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu ilə Qusar Olimpiya İdman Kompleksində təşkil olunan yarışın mükafatçıları müəyyənləşib.

AFFA hakimləri tərəfindən idarə olunan turnirin 3-cü yer uğrunda oyununda informasiya agentliklərinin jurnalistlərindən ibarət "Ziya" komandası televiziya işçilərindən formalaşan "Həyat" komandası ilə qarşılaşıb.

Oyun "Həyat"ın 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin final oyununda isə ictimai-siyasi xəbər saytlarının işçilərindən formalaşan "Əkinçi" komandası idman saytlarının nümayəndələrinin olduğu "Tərəqqi" kollektivi ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda "Tərəqqi" komandası 2:0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb.

Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri - "Tərəqqi", "Əkinçi" və "Həyat" müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.

Turnirin ən yaxşı qapıçısı mükafatı ilk oyunda fədakarlıq göstərərkən zədələnən "Ziya" komandasının qapıçısı Samir Güləliyevə təqdim olunub, yarışın ən yaxşı oyunçusu üçün mükafat isə qalib komandanın kapitanı Murad Şirinova verilib.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR