Türkiyə millisinin üzvü “Yuventus”da

Bölmə adı İtaliya
Yayımlandı 16-07-2026, 23:56

“Yuventus” Türkiyə millisinin futbolçusu Zeki Çeliki heyətinə qatıb.

Sport1.az xəbər verir ki, Turin təmsilçisi 29 yaşlı müdafiəçinin transferini rəsmən açıqlayıb.

O, “Roma”dan azad agent kimi ayrılaraq “Yuventus”a keçib.

Türkiyəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Zeki Çelik 2025/2026 mövsümündə “Roma”nın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Cinah müdafiəçisi karyerası ərzində “Bursaspor”, “İstanbulspor” və Fransanın “Lill” klublarında da çıxış edib.

Müəllif: Cahan