İtaliya Futbol Federasiyasında çox mühüm təyinat baş tutdu - RƏSMİ

Bölmə adı İtaliya
Yayımlandı 12-07-2026, 12:36

İtaliya Futbol Federasiyasında çox mühüm təyinat gerçəkləşib.

Sport1.az xəbər verir ki, ölkə futbolunun tanınmış simalarından Paolo Maldini texniki direktor vəzifəsinə gətirilib.

58 yaşlı mütəxəssis futbolçu karyerası ərzində sadəcə "Milan"ın formasını geyinib (1984-2009).

O, 1988-2002-ci illərdə yığma komandanın heyətində çıxış edib.

Bu müddət ərzində millinin heyətində 1990-cı ildə keçirilən dünya çempionatında bürünc, DÇ-1994-də isə gümüş medala yiyələnib.

Xatırladaq ki, İtaliya seçməsi son 3 mundialda iştirak hüququ qazanmayıb (2018, 2022, 2026).

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR