son dəqiqə SON DƏQİQƏ
Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edəcək ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ●

“Qarabağ”ın hücumçusuna dair yeni iddia

Bölmə adı Futbol / Manşet / Azərbaycan
Yayımlandı 3-07-2026, 12:49

Şotlandiyanın “Seltik” klubunun transfer gündəmində yer alan Kolumbiyalı hücumçu Kamilo Duranla bağlı yeni məlumat yayılıb.


Sport1.az xəbər verir ki, Britaniyanın “67 Hail Hail” nəşri “Seltik”in hücum xəttində planlaşdırdığı dəyişikliklərdən bəhs edən yazısında “Qarabağ”ın futbolçusunu da transfer namizədləri sırasında göstərib.


Nəşr qeyd edib ki, “Seltik” hücum xəttini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir və bu siyahıda “Qarabağ”ın 24 yaşlı forvardı Kamilo Duran da yer alır.


Bundan əvvəl Şotlandiya mətbuatında “Seltik”in kolumbiyalı futbolçu ilə maraqlandığı, “Qarabağ”ın isə onun üçün azı 2 milyon funt sterlinq təzminat tələb etdiyi bildirilmişdi.


Qeyd edək ki, Kamilo Duran ötən yay “Qarabağ”a transfer olunub. O, başa çatan mövsümdə bütün turnirlərdə keçirdiyi matçlarda 15 qola imza atıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR