Dünya çempionu "Yuventus"da

Bölmə adı Futbol / İtaliya
Yayımlandı 10-06-2026, 12:27

“Yuventus” heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.


Sport1.az xəbər verir ki, Turin təmsilçisi “Aston Villa”dan Emiliano Martineslə anlaşıb. Bu barədə Canluka Di Marzio məlumat yayıb.


 “Yuventus” argentinalı qolkiperlə 3 illik müqavilə imzalayacaq.


33 yaşlı qapıçı 2022-ci ildə milli komanda ilə dünya çempionu olub. Martines başa çatan mövsümdə “Aston Villa”nın heyətində Avropa Liqasını qazanıb.

Müəllif: Mirze