Sörlot İtaliyada çıxış edə bilər

Bölmə adı İtaliya
Yayımlandı 8-06-2026, 20:33

"Atletiko"nun hücumçusu Aleksandr Sörlot karyerasını İtaliyada davam etdirməyə yaxındır.


Sport1.az xəbər verir ki, "Yuventus" norveçli futbolçunu transfer etmək istəyir. 


Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.


A Seriyası nəhəngi Sörlotla 3+1 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında anlaşma əldə olunsa, 30 yaşlı forvard "Yuventus"a keçəcək.


Qeyd edək ki, "Atletiko" Aleksandr Sörlotu 2024-cü ilin yayında "Vilyarreal"dan 32 milyon avroya transfer edib. Norveç millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 20 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan