A Seriyası klubunda yeni təyinat - RƏSMİ

Bölmə adı İtaliya
Yayımlandı 8-06-2026, 19:23

"Fiorentina"nın yeni baş məşqçisi bəlli olub.


Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisini Fabio Qrosso çalışdıracaq.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


48 yaşlı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, Fabio Qrossonun son iş yeri "Sassuolo" klubu olub.

Müəllif: Cahan