A Seriyası klubunun yeni baş məşqçisi müəyyənləşib

Bölmə adı İtaliya
Yayımlandı 7-06-2026, 10:52

"Sassuolo"nun yeni baş məşqçisi müəyyənləşib.


Sport1.az xəbər verir ki, A Seriyası təmsilçisini Alberto Akvilani çalışdıracaq.


Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.


Tərəflər arasında bütün razılıq əldə olunub.


41 yaşlı mütəxəssisin 2028-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atacağı bildirilib.


Akvilani bu vəzifədə Fabio Qrossonu əvəzləyəcək.


Qeyd edək ki, Alberto Akvilani son olaraq "Katantsaro"nu çalışdırıb.


Onun rəhbərliyi altında komanda 2025/26 mövsümündə 38 oyunda 11 qələbə, 20 heç-heçə və 7 məğlubiyyətlə Seriya B-ni 53 xalla 6-cı pillədə başa vurub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR