
“Napoli” Çempionlar Liqasına vəsiqə qazandıqdan sonra Rasmus Hoylundun transfer hüquqlarına sahib olacaq.
Sport1.az xəbər verir ki, Neapol təmsilçisi “Piza” üzərində 3:0 hesablı qələbə ilə əsas avrokuboka vəsiqəni rəsmiləşdirib. Həlledici görüşdə Hoylund 1 qol və 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində mühüm rol oynayıb.
“The Athletic” nəşrinin məlumatına görə, danimarkalı hücumçunun transferi “Mançester Yunayted”ə 44 milyon avro qazandıracaq. Futbolçunun müqaviləsində yer alan bəndə əsasən, “Napoli” Çempionlar Liqasına vəsiqə əldə edəcəyi halda satınalma maddəsi avtomatik qüvvəyə minməli idi.
Qeyd edək ki, 23 yaşlı forvard cari mövsüm “Napoli”də uğurlu çıxışı ilə diqqət çəkib. Romelu Lukakunu əvəzləyən Hoylund bütün turnirlərdə keçirdiyi 43 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.