
"Mançester Yunayted" qapıçı Andre Onananı komandada saxlamayacaq.
Sport1.az ESPN-ə istinadə xəbər verir ki, hazırda icarə əsasında "Trabzonspor"da çıxış edın futbolçu yeni mvsümdən "qırmızı şeytanlar"ın heyətində olmayacaq.
Klub kamerunlu qolkiperi yayda satmaq niyyətindədir. İngiltərə təmsilçisinin yeni qapıçı axtarışında olduğu bildirilib.
Qeyd edək ki, 30 yaşlı qapıçının "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.