Misli Premyer Liqasının 2026/27 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.
Sport1.az xəbər verir ki, 2-ci turun "Neftçi" - "Araz-Naxçıvan" görüşündə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.
Bu, paytaxt təmsilçisinin ölkə çempionatının yüksək dəstəsində 150-ci böyükhesablı qələbəsi olub.
"Ağ-qaralar" 98 dəfə evdə, 52 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qələbə qazanıb.
"Neftçi" ilk belə qələbəsini Şamaxının "Şirvan" klubu üzərində qazanıb.
1992-ci il mövsümündəki qarşılaşma 8:1 hesabı ilə başa çatıb.