son dəqiqə SON DƏQİQƏ

Nəriman Axundzadə ABŞ klubunda növbəti oyununa çıxdı

Bölmə adı Futbol
Yayımlandı 14-05-2026, 10:39

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ-nin "Kolambus Kryu" klubunda növbəti oyununu keçirib.


Sport1.az xəbər verir ki, 21 yaşlı hücumçu MLS-in müntəzəm mövsümün XIII turunun "Nyu-York Red Bulls"la səfər matçında meydana çıxıb. Gənc forvard 85-ci dəqiqədə Taha Habrunu əvəzləyib.


Qarşılaşma ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Kolambus Kryu” 12 xalla Şərq Konfransında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR