İtaliya Kubokunun sahibi bəlli oldu

Bölmə adı Futbol / İtaliya
Yayımlandı 14-05-2026, 09:17

İnter" İtaliya Kubokunun finalında "Latsio"nu 2:0 hesabı ilə məğlub edərək, qalib olub.


Sport1.az xəbər verir ki, matç Romada baş tutub.


"Latsio"nun müdafiəçisi Adam Maruşiç 14-cü dəqiqədə avtoqol müəllifi olub, 35-ci dəqiqədə Lautaro Martines fərqlənib.


Bu, "İnter"in İtaliya Kuboku tarixində 10-cu tituludur. Lider "Yuventus"dur – komanda titulu 15 dəfə qazanıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR