son dəqiqə SON DƏQİQƏ

Vlahoviç A Seriyasında klubunu dəyişə bilər

Bölmə adı İtaliya
Yayımlandı 13-05-2026, 21:34

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İtaliyada davam etdirə bilər.


Sport1.az xəbər verir ki, forvardın xidmətində “Milan” maraqlıdır.


Klub futbolçu üçün təklif hazırlayır.


Keçid “Milan”ın baş məşqçisi Massimiliano Alleqrinin komandada qalacağı təqdirdə reallaşa bilər. Vlahoviçin “Yuventus”la müqaviləsinin müddəti gələn ayın sonunda başa çatacaq.


Qeyd edək ki, 26 yaşlı forvard cari mövsümdə 17 oyunda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR