son dəqiqə SON DƏQİQƏ

Final və III yer uğrunda oyunun yeri müəyyənləşdi

Bölmə adı Region Liqası
Yayımlandı 13-05-2026, 17:14

AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.



Sport1.az xəbər verir ki, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq.



İlk olaraq saat 11:00-da “Biləsuvar” və “Şəfəq” komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da “Zəngəzur”la “Marafon” kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR