son dəqiqə SON DƏQİQƏ

Nihat Kahveci "Neftçi"nin futbolçusunun qolunu təriflədi - VİDEO

Bölmə adı Futbol
Yayımlandı 12-05-2026, 10:49

Türkiyənin tanınmış futbol şərhçilərindən olan Nihat Kahveci "Neftçi"nin futbolçusu Freddi Varqasın “Karvan-Yevlax”la oyunda vurduğu qolu yüksək qiymətləndirib.



Sport1.az xəbər verir ki, keçmiş futbolçu "Haber Global" kanalında yayımlanan  “Kontraspor” proqramında çıxışı zamanı Varqasın fərqləndiyi epizodun olduqca baxımlı alındığını bildirib.



Xatırladaq ki, venesuelalı vingerin həmin qolu “Neftçi”nin sosial şəbəkə hesablarında böyük marağa səbəb olub və video 25 milyondan artıq baxış toplayıb.


Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR