
"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırmağa yaxındır.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Kiprin "Omoniya" komandasında çıxış edən Jali Muaddib ilə razılıq əldə edib.
Klubun baş meneceri Giorqos İrakleus yerli radiolardan birinə açıqlamasında futbolçunun növbəti mövsümdən etibarən komandada qalmayacağını bildirib. Onun sözlərinə görə, Muaddib bir müddət əvvəl “Qarabağ”dan təklif aldığını rəhbərliyə çatdırsa da, mövsüm başa çatanadək komandaya kömək etmək istədiyini vurğulayıb.
İrakleus transferdən klubun müəyyən məbləğ qazanacağını da qeyd edib. O bildirib ki, futbolçunun müqaviləsində xüsusi bənd yer alıb.
Qeyd edək ki, 25 yaşlı vingerin “Omoniya” ilə müqavilə müddəti mövsümün sonunda başa çatır. O, cari mövsümdə meydana çıxdığı 31 matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.