
“Liverpul” ötən il faciəvi şəkildə həyatını itirən futbolçusu Dioqu Jota və qardaşı Andre Silvaya həsr olunmuş daimi abidənin ilk görüntülərini təqdim edib.
Sport1.az xəbər verir ki,, abidə Enfild stadionunun yaxınlığında yerləşdiriləcək.
“Forever 20” adlanan abidənin mərkəzində Jotanın məşhur qol sevinci ilə bağlı axıcı ürək fiquru yer alır. Dizaynda həmçinin Jota və Andre Silvanın karyeralarında daşıdıqları 20 və 30 nömrələri də əks olunur.
Klub bildirib ki, azarkeşlər tərəfindən qoyulan xatirə əşyaları xüsusi emal edilərək abidənin bir hissəsinə çevriləcək. Postament üzərində rəsmi yazı lazerlə həkk olunacaq.
“Liverpul” azarkeşlərinin hər ev oyunun 20-ci dəqiqəsində 28 yaşll futbolçunun xatirəsinə səsləndirdiyi məşhur tribun mahnısının sözləri də abidədə yer alacaq.
Abidənin açılış tarixi hələ açıqlanmayıb.
Qeyd edək ki, Dioqu Jota və qardaşı ötən ilin iyul ayında birlikdə dəhşətli avtomobil qəzasında həlak oldu.