
“Real Madrid” 2025-ci ildə vəfat edən tanınmış şəxslərin xatirəsinə hazırladığı videoçarxda ciddi səhvə yol verib.
Sport1.az xəbər verir ki, klub Dioqu Jotanın qardaşı, qəzada həlak olmuş Andre Teyşeyra da Silvanın əvəzinə səhvən hazırda “Elçe”nin hücumçusu Andre Silvanın fotosunu yayımlayıb.
Səhv aşkarlandıqdan sonra Madrid təmsilçisi həm “Elçe” klubundan, həm də futbolçunun özündən rəsmi şəkildə üzr istəyib və bunun texniki anlaşılmazlıq nəticəsində baş verdiyini bildirib.
Qeyd edək ki, Dioqu Jota və qardaşı Andre Teyşeyra da Silva 3 iyulda İspaniyada baş verən yol qəzasında həyatını itirmişdilər. Hazırlanan video onların xatirəsini anmaq üçün nəzərdə tutulmuşdu.