son dəqiqə SON DƏQİQƏ
"Sabah"ın Liqa mərhələsində rəqibləri bu tarixdə müəyyənləşəcək Günün oyunları: Prezident İlham Əliyev "Sabah"ı qələbə münasibətilə təbrik edib ÇL: "Fənərbağça" əsas mərhələnin bir addımlığındadır - Tahir Gözəl də "Sabah"ı təbrik edib UEFA Çempionlar Liqası: Kamilo Duranın komandası turnirlə vidalaşıb AFFA prezidenti "Sabah"ı təbrik edib ÇL: "Hapoel"i darmadağın edən "Sabah" əsas mərhələdə - Premyer Liqa klublarının yay transferləri “Sabah”dan tarixi nəticə: Dambrauskas: “Bu gün səhvləri kənara qoyaq” “Hapoel”in baş məşqçisi: “İrəli baxmalıyıq” Fərid Qayıbov “Sabah”ı təbrik edib Premyer Liqada ilin ən yaxşı gənc oyunçusu seçildi "Sabah" Çempionlar Liqasında! - Kristofer Nkunku “Leypsiq”ə qayıtdı Fransada çıxış edəcək İngiltərədə klubunu dəyişdi “Beşiktaş” onunla bağlı qərarını verdi Göygöldə yeniyetmələr arasında seçim turniri keçirilib “Sabah” - “Hapoel”: Sabiq “Liverpul”lu İspaniya klubunda Braziliya millisinin üzvü “Tottenhem”də “Yuventus”dan “Bornmut”a Stolüstü tennisçilərimiz Şəkidə Priştinada 3 gümüş medal Beynəlxalq yarışlara qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb "Qarabağ" və "Neftçi" "Mançester Siti"in sabiq futbolçusu uğrunda mübarizə aparır -

Fernandu Santuşdan Dioqo Jotanın ölümünə MÜNASİBƏT

Bölmə adı Futbol
Yayımlandı 4-07-2025, 11:19

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Portuqaliya yığmasının və İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqo Jotanın ölümünə münasibət bildirib.

Sport1.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə "A BOLA" portalına açıqlama verib.

Santuş Jotanı ilk növbədə ləyaqətli insan kimi xatırladığını bildirib:

"Jota dünyanın ən yaxşılarından olan Kriştiano Ronaldonun kölgəsində qaldı, lakin o, həmişə milli komandada öz yerini tapdı. Xəbəri eşidəndə şokda idim. O, 22 yaşında mənim rəhbərliyim altında debüt edib. Mən indi yalnız onun üçün çox dua edə bilərəm. Onun ailəsi haqqında düşünürəm".

Portuqaliya millisinin sabiq baş məşqçisi “böyük futbolçu” adlandırdığı Dioqonu hər şeydən əvvəl “əla insan” kimi xarakterizə edib: "Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. O, həmişə öz yerini bilən, ləyaqətli insan idi".


Qeyd edək ki, Dioqo Jota ötən gün İspaniyada baş verən avtomobil qəzasında 28 yaşında həlak olub. Onunla birlikdə avtomobildə olan 26 yaşlı qardaşı Andre də həyatını itirib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR