09:20 11.05.2026 37

21-ci mükafatçı, Avropada 23-cü təmsilçi

Misli Premyer Liqasının 2025/26 mövsümünün üçüncü mükafatçısı və ölkəmizin avrokuboklardakı daha bir təmsilçisi müəyyənləşib. “Sabah”la “Qarabağ”ın ardından “Turan Tovuz” buna nail olub.



Sport1.az PFL-in saytına istinadən xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda XXXI turun “Karvan-Yevlax”la ev oyunundakı qələbə ilə (1:0) xallarının sayını 59-a çatdırıb. Bununla da Tovuz klubu ilk “üçlük”də yerini təmin edib.



Bu qələbədən sonra “Neftçi” və “Zirə” üçün əlçatmaz olan Qərb təmsilçisinin gümüş, yoxsa bürünc medallara sahib çıxacağı son 2 turda dəqiqləşəcək. İlk medalını təmin edən “Turan Tovuz” çempionatın tarixinə mükafat sahibi olan 21-ci komanda kimi düşüb.



Əvvəlki 33 mövsümdə (2001/02 mövsümü başa çatmayıb) 20 komanda mükafata yiyələnib. “Neftçi” hamıdan çox – 21 dəfə medalçılar sırasında yer alıb. “Qarabağ” cari mövsümdə özünün 20-ci mükafatını əldə etsə də, medalın əyarı hələ dəqiqləşməyib.



“Şamaxı”nın 9, “Kəpəz”lə “Bakı”nın hərəyə 6, “Qəbələ”nin 5, “Şəmkir”, “Xəzər Lənkəran” və “Zirə”nin hərəyə 4 mükafatı var. “Turan Tovuz”la eyni şəhərin – Tovuzun çempionatdakı ilk təmsilçisi “Turan”ın da eyni sayda – 4 medalı var: 1 qızıl, 1 gümüş və 2 bürünc.



İlk çempionluğunu bu il qazanan “Sabah” 3-ə çatıbsa, “Xəzər” (Sumqayıt), “Xəzri”, “Karvan”ın hərəyə 2 medalı var. Digər komandalar “Turan Tovuz” kimi bir dəfə “üçlüy”ə düşüb: AZAL, “Simurq”, “Viləş”, “Səbail”, “Sumqayıt”, “Araz-Naxçıvan”.



İlk “üçlük”də yerini təmin edən “Turan Tovuz” avrokuboklara da yüksəlib. Qitə səhnəsində debüt edəcək komandanın UEFA Avropa Liqası, yoxsa UEFA Konfrans Liqasında mübarizə aparacağı kubokun finalı və ya qarşıdakı turlardan asılı olacaq.



“Turan Tovuz” Azərbaycan futbolu tarixinə avrokuboklara (İntertoto kuboku da nəzərə alınmaqla) vəsiqə qazanan 23-cü komanda kimi düşüb.



İndiyədək 22 komanda ölkəmizi Avropada təmsil edib: “Qarabağ”, “Neftçi”, “Şamaxı”, “Qəbələ”, “Sabah”, “Zirə”, “Bakı”, “Xəzər Lənkəran”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”, “Bakı fəhləsi”, “Şəmkir”, , “Araz-Naxçıvan”, AZAL, “Sumqayıt”, “Xəzri”, “Səbail”, “Simurq”, “Turan”, “Şəfa”, “Viləş”.



Tovuz avrokuboklarda 2-ci komanda ilə təmsil olunacaq. 1994-cü ildə Azərbaycanın avrokuboklardakı ilk təmsilçisi bu şəhərin komandası “Turan” olub.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

14:27

UEFA "Çelsi" və "Nyukasl"ı cərimələdi

14:04

Dünya çempionatında 1/8 final üçün daha üç oyun

13:49

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri

13:31

"Liverpul" və "Arsenal" istəyir, PSJ yox deyir

13:03

AFFA rəsmisinə növbəti təyinat

12:50

Ən çox cəzalanan komanda və futbolçu

12:28

MPL-in ən yaşlı və gənc futbolçusu

12:02

Qazaxıstanda iki medal

11:49

Bakıda Çempionlar Gecəsi keçiriləcək

11:31

6 qat Fransa çempionuna ağır sanksiya

11:01

Mbappe Messini geridə qoydu

10:50

PFL-dən ənənəyə davam: 2025/26 mövsümündə MPL-in hesabatı

10:29

40 ildən sonra

10:01

Ronald Kuman istefa verdi

09:45

“Qarabağ” bu gün iki yoxlama oyunu keçirəcək

09:15

DÇ-2026: Meksika rəqibinə şans vermədi

09:00

Fransa darmadağınla 1/8 finalda

00:28

Portuqaliya millisinin üzvü “Milan”da - RƏSMİ

23:58

“Neftçi”nin rəqibləri müəyyənləşdi

23:36

Ölkə çempionatına yekun vurulub

22:58

DÇ-2026: Norveç 1/8 finalda

22:31

UEFA “Fənərbaxça”nı cərimələdi

21:34

“Səbail”dən növbəti transfer - RƏSMİ

21:34

“Zirə” Türkiyə klubuna məğlub oldu

20:57

Cüdoçularımızdan Avropa Çempionatında daha iki medal

20:32

Braziliya millisinin üzvü Niderland klubunda

20:13

DÇ-2026: Fildişi Sahili - Norveç - HEYƏTLƏR

19:32

Fərid Qayıbov ”UFC Fight Night“da çıxış edən Azərbaycan idmançıları ilə görüşüb

19:15

“İnter”də üç ayrılıq - RƏSMİ

18:48

Bakıda "Təmiz idman uğrunda" forumu keçirilib

18:23

“Səbail”dən növbəti transfer - RƏSMİ

18:00

İtaliya nəhənginin istədiyi müdafiəçi

17:41

Bölgə təmsilçisindən "Səbail"ə

17:25

"Sabah"da ayrılıq - RƏSMİ

17:16

I və II Liqanın başlayacağı tarix

17:07

PSJ-də yeni müdafiəçi

16:49

İbrahimoviç Kumanı sərt tənqid etdi

16:27

"Neftçi" hazırlığın ikinci mərhələsinə start verdi

16:06

İtaliya klubunda ayrılıq

15:50

Millimizin futbolçuları məşqçiliyə başlayır

15:28

"Monako"nu İngiltərəyə dəyişirlər

15:05

"Bravo"dan "Qəbələ"yə transfer - RƏSMİ

14:48

Millilərimiz EEVZA çempionatında

14:30

Asim Xudiyevə UEFA-dan təyinat

14:04

Braziliyalı oyunçu Gəncə klubunda - RƏSMİ

13:50

Ölkədə istirahət günü elan edildi

13:29

Azərbaycanda şəhərin iki klubu birləşdirildi

13:03

Naqelsman: "İstefa vermirəm"

12:49

15 milyon avroluq tələb

12:32

Millidə 100-cü oyun

12:02

Harri Keyn gələcəyinə aydınlıq gətirdi

11:50

“Sabah”ı ruslara dəyişir

11:29

Bakıdakı turnirdə 11 minədək azarkeş

11:01

"Zirə"nin Türkiyədə növbəti sınağı

10:49

Serb futbolçu ilə bağlı son qərar

10:31

Niderland millisindən qeyri-adi statistika

10:06

“Neftçi” imtina etdi, “Kocaelispor”la anlaşdı

09:50

Azərbaycan millisinin hücumçusu Kosovo klubunda

09:29

Yurgen Klopp Almaniya millisində?

09:00

Braziliya 1/8 finalda, Almaniya və Niderland DÇ ilə vidalaşdı - YENİLƏNİR

00:25

Çimərlik güləşi üzrə ölkə çempionatı keçirilib

23:47

DÇ-2026: Almaniya - Paraqvay - HEYƏTLƏR

23:32

“Zirə” Türkiyə klubu ilə qarşılaşacaq

22:36

Haaland La Liqa klubuna keçmək istəmir

21:58

“Trabzonspor”dan “Zenit”ə

21:35

Cüdoçularımızdan Avropa Çempionatının ilk günündə 5 medal

20:43

DÇ-2026: Braziliya - Yaponiya - HEYƏTLƏR

20:35

Tennis üzrə Bakı Şəhər Birinciliyi başa çatıb

20:18

“Siti”nin sabiq futbolçusu karyerasını başa vurdu

19:54

Yaponiya millisində ciddi itki