
La Liqada “Alaves”lə qarşıdakı oyunun nəticəsi Xabi Alonsonun taleyini müəyyən edə bilər.
Sport1.az xəbər verir ki, “The Touchline” nəşri “La Sexta”nın jurnalisti Xose Sançesa istinadən “Real” rəhbərliyinin mövqeyini açıqlayıb. Məlumata görə, Madrid klubu 16-cı turda “Alaves”i məğlub etməsə, Xabi Alonso istefaya göndəriləcək.
İspaniyalı mütəxəssisin durumu bundan əvvəl də gündəmdə olub. Mətbuatda “Mançester Siti” ilə Çempionlar Liqasının Liqa mərhələsindəki 6-cı tur oyununda (1:2) məğlubiyyətin onu postundan edəcəyi bildirilmişdi. Lakin matçdan sonra yayılan xəbərlər bu ehtimalın gerçəkləşməyəcəyini göstərmişdi.
Qeyd edək ki, Xabi Alonso 2025-ci ilin yayından “Real”a rəhbərlik edir. Madrid təmsilçisi La Liqanın 16 turundan sonra 36 xalla ikinci pillədə qərarlaşıb.