“Real Madrid”in baş məşqçisi Xabi Alonso “El-Klasiko” qalmaqalından sonra Vinisius Juniorla bağlı qərarını açıqlayıb.Sport1.az xəbər verir ki, braziliyalı futbolçu “Barselona” ilə oyunun 72-ci dəqiqəsində əvəzləndikdən sonra Alonsonun ünvanına əsəbi reaksiya göstərmiş, tunelə yollanmışdı. Hadisədən sonra mətbuatda onun baş məşqçi ilə münasibətlərinin gərginləşdiyi və klubdan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.
Lakin məşhur jurnalist Fabrizio Romanonun məlumatına görə, Xabi Alonso məsələni qapadıb:
“Vinisius Junior cəzalandırılmayacaq. Məsələ bağlanıb. Onun komanda qarşısındakı davranışı qüsursuz idi.”
Qeyd edək ki, “Real Madrid” “El-Klasiko”da “Barselona” üzərində 2:1 hesablı qələbə qazanıb.