son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

AFFA-nın nümayəndə klanının karuseli - KÖŞƏ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 4-05-2026, 16:00

Azərbaycan futbolunda illərdir açıq danışılan, amma konkret həllini tapmayan problemlərdən biri də oyun nümayəndələri sistemi ilə bağlıdır. Məsələ təkcə texniki nöqsanlar deyil. Problem daha dərindir və sistemin özü futbol ictimaiyyətində ciddi suallar doğurur. 



AFFA nümayəndələri mütəmadi şəkildə oyunlara təyinat alırlar. Amma bu şəxslərin hansı meyarlarla seçildiyi barədə məlumat yoxdur. Futbol cameəsində formalaşan əsas fikir sərtdir: bu şəxslərin əksəriyyəti imtahansız, seçimsiz şəkildə sistemə daxil olub və illərdir eyni çevrə daxilində fəaliyyət göstərir.


Ən böyük narazılıq nümayəndə olmaq istəyən şəxslər arasındadır. Yeni gələnlərə “yer yoxdur” cavabı verilir. Halbuki futbol idarəçiliyində rotasiya və rəqabət əsas olmalıdır. Qapalı sistem keyfiyyəti artırmır, əksinə inkişafın qarşısını alır.


Burada ​kimin seçim etdiyi, kimin imtahan keçirdiyi, kimin cavabdeh olduğu tam aydın deyil. Bu isə nəzarəti zəiflədir, məsuliyyəti isə ortada “itən top” vəziyyətinə salır. Hakimlər mütəmadi imtahan verir, məşqçilər kateqoriya üçün qiymətləndirmələrdən keçir. Bəs nümayəndələr niyə illərdir eyni statusda qalır? Bu gün onların yenidən imtahanı təşkil olunsa, çoxlarının ciddi problemlə üzləşəcəyi heç kimə sirr deyil. 


Şikayətlərə görə, xüsusilə Premyer Liqa oyunlarında nümayəndələrə ödənilən qonorarlar kifayət qədər yüksəkdir. Bu da təyinatların müəyyən çevrələr daxilində “karusel sistemi” ilə bölüşdürüldüyü iddialarını gücləndirir. Eyni şəxslərin illərlə həmin imkanlardan yararlanması, yeni mütəxəssislərin isə sistemə buraxılmaması ciddi narazılıq yaradır. Bu balanssızlıq federasiya daxilində çalışan digər mütəxəssislər arasında da haqlı etirazlara səbəb olur.



​Son oyunların birində AFFA nümayəndəsi öz səlahiyyətlərinə aid olmayan sahəyə müdaxilə edərək klubun hazırlıq prosesinə ciddi şəkildə maneə yaradıb. Bu cür hallar təsadüfi texniki səhv deyil. Bu, sistemin peşəkarlıq baxımından iflas etdiyini göstərən siqnaldır. Azərbaycan futbolunda doğrudan da şəffaflıq istəyiriksə, nümayəndələr üçün açıq seçim mexanizmi yaradılmalı, dövri imtahan və qiymətləndirmə sistemi tətbiq olunmalı, təyinatlarda isə real rotasiya prinsipi təmin edilməlidir. Artıq sual vermək yox, cavab tələb etmək vaxtıdır.


İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR